Ermənistan silahli qüvvələri bu gecə cəbhədə 5-7 nəfər itki verib. Azərbaycanın Müdafiə Nazirliyi bu barədə məlumat yayib. Ermənistan isə növbəti dəfə Azərbaycan Silahli Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərib. Amma bu cəhd də uğursuzluqla nəticələnib.
Cəbhədə düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb. Xeyli itki verən düşmən geri çəkilməli olub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları, qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Ancaq silahlı qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur olub.
İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib. Azərbaycan silahlı qüvvələri isə heç bir itki verməyib və əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bu arada rəsmi İrəvan növbəti dəfə yalan iddialarla çıxış edib. Bu ölkə ölkənin kütləvi informasiya vasitələri guya Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalini və mülki obyektləri atəşə tutması, nəticədə Akop Ambarsumyan adlı çobanın aldığı güllə yarasından öldüyü barədə məlumat yayıb. Müdafiə nazirliyi isə bəyan edib ki, Ermənistanın bu cəhdi əslində onlarda mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB