Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu (QMTTİ) arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən neft və qazın idarəedilməsi və daşınması üzrə magistr proqramı fəaliyyətə başlayıb. Universitetdən SİA-ya verilən məlumata görə,həmin proqram çərçivəsində ADİU-nun beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev QMTTİ-də Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər olan neft və qaz sənayesinin iqtisadiyyatı fənnini müvəffəqiyyətlə tədris edib. Magistrantlara enerji resurslarının idarə edilməsi, istehsalı, daşınması və digər mövzular tədris olunub, bir sıra mövzularda müzakirələr aparılıb.
Memoranduma əsasən hər iki ali təhsil müəssisəsi arasında bir çox istiqamətlərdə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB