Saxta sənədlərlə sərhədi keçməyə cəhd göstərənlər saxlanıldı FOTO

Saxta sənədlərlə sərhədi keçməyə cəhd göstərənlər saxlanıldı FOTO

Fevralın 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli "İstanbul-Bakı" aviareysi ilə ölkəmizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar. DSX-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müvafiq araşdırma aparıldıqdan sonra onlar fevralın 10-da "Bakı-İstanbul" reysi ilə geri qaytarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə