Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) kompensasiya almaq üçün "Texnikabank"ın əmanətçilərindən müraciətlərin qəbuluna başlayıb. SİA-nın məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.
O bildirib ki, bankın 20 340 sığortalanmış əmanətçisinə 123,2 milyon manat məbləğində kompensasiya ödəniləcək. Daha əvvəl bu məbləğ 79 milyon manat təşkil edirdi.
Qeyd edək ki, "Texnikabank" ASC-nin lisenziyası bu il fevralın 2-də Azərbaycan Mərkəzi Bankı tərəfindən geri çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB