Lerik Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş geniş Şura iclası keçirildi. SİA-nın Cənub bürosunun məlumatına görə, öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər gül-çiçək dəstələri qoyubar.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov 2015-ci ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə edib. Bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyev beynəlxalq aləmdə baş verən ictimai-siyasi və iqtisadi hadisələri geniş təhlil etmiş və ölkəmizdə baş verən prosesləri xarakterizə edərək qeyd edib ki, Azərbaycan 2015-ci ildə də uğurla inkişaf edib. Qarşıda duran bütün vəzifələr icra edilib, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezidentin çıxışı və qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafını təmin etmək məqsədilə verdiyi tapşırıqların, qarşıya qoyulan vəzifələrin rayonda icrasını təmin etmək üçün konkret vəzifələr müəyyənləşdirilib.
2015-ci il ərzində Lerikdə sahibkarlıq subyektlərində və digər sahələrdə 732 nəfər rayon sakini işlə təmin edilib ki, bunların da 460-ı daimidir. Qarşıdakı ildə də insanların işlə təminatı prioritet məsələlərdən olacaq. Bu fikirlər Lerik rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında səsləndirilib.
Rövşən Bağırov bildiribki, 2015-ci il ərzində maliyyə mənbələri hesabına 17 milyon 919 min manatlıq tikinti işləri aparılıb. Vistən və Oran kəndlərində tibb məntəqələri, bir neçə yeni məktəb binası inşa edilib. Rayonda həmçinin hazırda 10 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evləri tikilir. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lerikdə fəaliyyət göstərən 77 sahibkara 445 min manatdan artıq güzəştli kredit verilib. Rayonun mavi yanacaqla təminatı istiqamətində isə hesabat ilində 7 kəndə təbii qaz verilib. Hazırda daha 4 kəndə mavi yanacağın verilməsi üçün tikinti işləri davam etdirilir. Rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma yolu ilə 172 baş buzov alınıb. Təsərrüfatlarda diri çəkidə 5 min 938 ton ət, 15 min 644 ton süd, 7 min 315 min ədəd yumurta, 230 ton yun istehsal olunub. 2015-ci il ərzində rayondakı taxıl sahələrindən 2 min 790 ton taxıl əldə edilib. 17 min 537 ton kartof, 3 min 981 ton tərəvəz, 1667 ton meyvə istehsal olunub.
Şura iclasında Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması və manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranan çətinliklər və Ölkə başçısının qısa müddətdə pensiya və müavinətlərin, əmək haqlarının artırılması haqqında sərəncamlar imzalaması, buğda məmulatları və çörəyin istehsalı və satışını 18 faizlik əlavə dəyər vergisindən azad etməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına tapşırıqlar verməsi, biznes və sahibkarlığın inkişafı, bank və tikinti sektorunda şəffaflığın təmin edilməsi, əhalinin məşğulluğunun artırılması barədə verdiyi tapşırıqları diqqətə çatdırıbar.
Tədbirdə qeyd olunub ki, bu il də əhalinin məşğulluğunun təmin olunması və istehsalın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək.
Sərraf Mirsəfəroğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB