2016-cı ilin yanvar ayında boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33,0 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7 faiz, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5 faiz bahalaşıb, avtomobil nəqliyyatında 1,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9 faiz bahalaşmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB