İki beynəlxalq sənəd təsdiq olundu

İki beynəlxalq sənəd təsdiq olundu

Bu gün Milli Məclisin plenar iclasında iki beynəlxalq sənəd təsdiq olunub. SİA-nın məlumatına görə, iclasda "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqda məlumat verilib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Daha sonra isə "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub və səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə