"İlk dövrlər bələdiyyələr haqqında pis fikir formalaşmışdı. Onların yalnız torpaq satması ilə bağlı fikirlər bir kənara qoyulmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bələdiyyələr onlara kömək edilməsi üçün heç bir hərəkət etmirlər: "Bələdiyyələrə dəstək verilməli, onlara şərait yaradılmalıdır. Lakin özlərindən də hərəkət lazımdır. Deyirsiniz 10 bələdiyyə yaxşı işləyir, qalanları yox. Bu necə olur? Demək sistem yaxşı qurulmayıb. Bizim dəstək verməyimiz üçün onların özlərindən də hərəkət lazımdır. Bələdiyyələrin yaxşı işləməsi, qanunların icrası üçün nələr etmişik? Gəlib deməlidirlər ki, qanunu qəbul etmisiniz, icra edə bilmirəm. Bu da yoxdur".
Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB