Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinlərini qəbul edib.
SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəbulda 30-dan artıq vətəndaş iştirak edib. Gənclər sahəsi üzrə edilən müraciətlərin böyük əksəriyyəti qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub. Vətəndaşlar idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində də nazirə müraciətlər ünvanlayıblar. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Qeyd edə ki, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB