Fazil Mustafa: "Bələdiyyələrə daha çox səlahiyyət verilməlidir"

Fazil Mustafa: "Bələdiyyələrə daha çox səlahiyyət verilməlidir"

"Əgər bələdiyyələrin hansısa ciddi səlahiyyəti yoxdursa, öz işçilərinin maaşını verə bilmirsə, onların hansı fəaliyyəti barədə danışmaq olar?" SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zamanı deyib.

O, bələdiyyə sistemində islahatlar aparılmalı olduğunu qeyd edib : "Düşünürdüm ki, bu gün Milli Məclisə bu sənəd təqdim ediləndə bələdiyyə sistemində islahatlar haqqında paket də təqdim ediləcək. Bələdiyyələr heç bir sahədən pul qazana bilmirlər. Buna görə də konstutsiyada nəzərdə tutulan heç bir sosial işləri yerinə yetirmirlər".

Millət vəkili vurğulayıb ki, bələdiyyələrə daha çox səlahiyyət verilməlidir: "Çoxşaxəli quruma ehtiyac yoxdur. Bələdiyyələr daha çox iş görməlidirlər. Buna görə onlara səlahiyyət verilmədirir. Bakı şəhər Bələdiyyəsi yaradılmalıdır. Bakıda tramvaylar ləğv edildi. Tramvay relslərini isə kimlərsə satıb 5-10 manat qazandılar. Ancaq bələdiyyə olsaydı, buna imkan verilməzdi. Düzdür, dəmir yolunda islahatlar getdi, belə məsələlər həll olunur. Ancaq bələdiyyələrə daha çox səlahiyyət verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə