Saxta sənədlərlə Azərbaycana keç­mək istədilər FOTO

Saxta sənədlərlə Azərbaycana keç­mək istədilər FOTO

Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılan sənədlərlə dövlət sərhədini keç­məyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, 9 fevral 2016-cı il tarixdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli "İstanbul-Bakı" aviareysi ilə ölkəyə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.

Qeyd edək ki, müvafiq araşdırma aparıldıqdan sonra 10 fevral 2016-cı il tarixdə "Bakı-İstanbul" reysi ilə geri qaytarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə