Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 70 işçi qəbul edir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tabeliyində olan təsərrüfat hesablı qurumlarda dövlət büdcəsindən maliyyələşməyən 70-dək daimi vakant vəzifənin tutulması üçün müsahibə elan edib. Komitədən SİA-ya verilən məlumata görə, müsahibə Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) və digər təsərrüfat hesablı qurumlarının Bakı şəhəri və regional şöbələrində, o cümlədən Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Xaçmaz, Salyan və İmişli ərazi şöbələrində aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:
1.Radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
2.Elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
3.Fiziki-kimyəvi və optiki-fizika ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
4.Təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
5.Temperatur ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
6.Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
7.Mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis.
8.Standartlaşdırma və sertifikatlaşdırma ixtisası üzrə mütəxəssis.
Müsahibəyə müsair texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla işləməyi bacaran, peşə bacarıqlarına malik ali təhsilli, həmçinin xarici dillərdən ən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman) ixtisaslı mütəxəssislər dəvət olunur.
Müsahibədən uğurla keçmiş mütəxəssislər işə qəbul ediləcək. Eyni zamanda, onların mütəmadi olaraq ölkədaxili və xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirak etmələri üçün şərait yaradılacaq. Müsahibədə iştirak etmək üçün ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, sosial sığorta şəhadətnaməsinin surəti, sağlamlıq haqqında arayış və 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil tələb olunur.
Sənədləri (AZ 1147, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küç. 124 ünvanına) fevralın 11-dən mart 11-dək, I-V günlər saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər.
Əlaqə telefonu: (012) 449-99-59 (dax: 232)).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB