4 otaqlı ev külə döndü

Qaxda 4 otaqlı ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə