Səhiyyə naziri Oqtay Şirəliyev Qazaxda Ağstafa, Tovuz, Qazax, Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda sakinlər sağlamlıq problemlərinin həlli, işlə təminat, tibb ocaqlarının təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı müraciətlər səsləndiriblər. Bəzi məsələlər yerində həllini tapıb. Digər müraciətlərin araşdırılması və qanunauyğun həlli ilə bağlı tapşırıq verilib. Daha sonra rayon ictimaiyyəti, sahibkarların iştirakı ilə görüş keçirilib. Rayonda səhiyyə sahəsində əldə edilən uğurlar, mövcud problemlər və onların həlli yollarından geniş söz açılıb. Bu gün ölkədə ağır əməliyyatlar aparılır. Göstərilən tibbi xidmətin müasir tələblərə uyğunlaşdırılması üçün regionlarda da tədbirlər aparılır.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB