Bu gün Bakı şəhəri Sabunçu rayon 96 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Səxavət Səxavətli tərəfindən icra olunan "Milli mənəvi dəyərlərimizi, adət ənənələrimizi tanıdaq" adlı layihənin II təlimi keçirilib. SİA-nın verdiyi xəbərə görə ilk öncə çıxış edən layihə rəhbəri Səxavətli Səxavət Gənclər Fondu və layihə haqqında gənclərə ümumi məlumat verib və xalqımızın min illiklər boyu öz adət ənənəsini inkişaf etdirdiyini söyləyib: "Bütün bu dövrlər ərzində mədəniyyətimiz yüksək dərəcədə inkişaf etmiş və hətta digər xaqları da geridə qoymağa nail olub. Lakin müasir dövrdə bu inkişafı və yüksəlişi təmin etmək gəncliyimizin öhdəsinə düşür. Bizim milli mentalitetimizi və adət ənənələrimizi dəyişməyə və yadlaşdırmağa ehtiyacımız yoxdur. Biz ona dəyər verməli, məntiq qatmalı və onu yaşanabilir səviyyəyə qaldırmalıyıq. Çünki bizi biz edən ünsürlər bizim dəyərlərimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə daim diqqət və qayğı göstərib. Və biz gənclər də bu qayğıdan düzgün istifadə etməli, ölkəmizin əsasən mədəni inkişafına öz töhvəmizi verməliyik."
Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkildi.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB