Gəncə üçün təkliflər planı hazırlanıb

Gəncə üçün təkliflər planı hazırlanıb

Gəncənin həm coğrafi mövqeyi, həm də təbii resursları burada əksər sahələrin inkişafına imkan verir. Bu faktorlar nəzərə alınaraq şəhərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün təkliflər planı hazırlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, plana şəhərin daxili imkanları hesabına yeni istehsal müəssisələrinin yaradılması, hazırda qismən fəaliyyətdə olan və ya ümumiyyətlə işləməyən sənaye müəssisələrinin tam işə salınmasının yolları daxil edilib. Mövcud imkanlar nəzərə alınaraq, iqtisadiyyatın hansı sahələrinə investisiya qoyuluşunun daha çox gəlir gətirə biləcəyi də araşdırılır. İlkin mərhələdə xüsusi diqqət ağır sənayenin inkişafına və vaxtilə istifadədə olan müəssisələrin dirçəldilməsinə yönəlib. Əlbəttə, burada təbii resurslar dedikdə, bütövlükdə qərb bölgəsinin imkanları nəzərdə tutulur. Bu sahələrin inkişaf etdirilməsi isə sadəcə qərb regionunun deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün böyük təkan olar. Hazırlanan təkliflərin dəyərləndirilməsi ölkə iqtisadiyyatının güclənməsi, əldə olunan gəlirlərin artması ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi üçün də böyük avantaj ola bilər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə