"Hazırda həm dövlət şirkətləri, həm də özəl şirkətlər sosial məsuliyyət layihəsi çərçivəsində yeni iş yerlərinin yaradılması prosesinə qoşulublar. Yerlərdə dövlət məşğulluq xidmətləri bu işlə ciddi məşğuldur". Bu fikirləri SİA-ya açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, dövlət məşğulluq xidmətində qeydiyyatda olan insanlara yeni açılmış iş yerlərinin olduğuna dair bildiriş verərək həmin şirkətlərə göndərilir: "Təbii ki, normal əmək haqqı çərçivəsində müqavilələr bağlanılır. Proses davam etdirildiyi üçün nə qədər insan işlə təmin olunub dəqiq rəqəmlər söyləmək mümkün deyil. Bizdə olan məlumata görə 40 mindən artıq müxtəlif yöndə iş yerləri açılıb. Yəni buraya həm dövlət, həm də özəl sektor daxildir. Sevindirici haldır ki, özəl sektor nümayəndələri cənab prezident İlham Əliyevin sosial məsuliyyət layihələrinin reallaşdırılması istiqamətindəki çağırışını müsbət qəbul edərək bu prosesə qoşulublar. Bu gün bizə məlumat daxil oldu ki, SOCAR tərəfindən 2 minə yaxın iş yerinin yaradılmasına dair qərar qəbul olunub. Bu faktın özü bir daha onu göstərir ki, insanların işlə təminatı asanlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB