Azərbaycan və Rusiya dəmiryolçuları arasında ikitərəfli görüş keçirilib
Rusiya Federasiyasının Moskva şəhərində "Rusiya Dəmir Yolları" ASC və "Azərbaycan Dəmir Yolları" QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbir "Azərbaycan Dəmir Yolları" QSC-nin cədri Cavid Qurbanovla "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub. Yığıncaqda Rusiya Federasiyası-Azərbaycan Respublikası istiqamətində yükdaşımaların təşkili, Azərbaycan Respulikasının tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. "Rusiya Dəmir Yolları" ASC, "RDY Logistika" SC, "Azərbaycan Dəmir Yolları" QSC və "ADY Ekspress" MMC-nin nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama), Rusiya Federasiyası (Samur-Moskva); - Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq); - Hindistan Respublikası (Cəvahirrləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki); - İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə yük daşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəliblər. 2016-cı il mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir. Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB