Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Mədəniyyətin növü – yol hərəkəti qaydaları" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan YAP GB Ofisinin təşkilatı işlər üzrə koordinatoru Elmar Məmmədov layihə haqqında fikirlərini bölüşüb. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Mədəniyyətin növü – yol hərəkəti qaydaları" adlı layihənin aktual olduğunu qeyd edib.
Sonra "Mədəniyyətin növü – yol hərəkəti qaydaları" adlı layihənin rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və layihənin Yol hərəkəti qaydalarının öyrənilməsi xarakterli olduğunu, səlis və dəqiq şəkildə qarşısındaki şəxsə çatdırmağı aşılamaq, öyrətmək və bəzi məsələləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat tikintisi və yol hərətinin təşkili kafedrasının baş müəllimi, mexaniki üzrə fəlsəfə elmləri doktoru Rəşad Allahverdiyev də layihə haqqında fikirlərini bölüşüb. O, bu mövzunun bütün Azərbaycan xalqı üçün çox vacib olduğunu bildirib. Piyada keçidləri ilə bağlı, gənclərin nə dərəcədə yol hərəkəti qaydalarını məlumatlı olduğunu və ölkəmizin yol hərəkəti ilə bağlı son illərdəki statistika ilə bağlı məlumat verib.
Tədbirdə layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB