Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün treninq keçirilib. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, treninqdə "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzuları üzrə təqdimatlar olub.
İştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, biznes planların tərtib edilməsi, biznesin növləri və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda iştirakçılara Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB