"Günə başlayarkən işlətdiyimiz ifadələr günümüzə çox təsir edir . Xoş sözlər, xoş sima, təbəssüm hər birimizə gərəklidir və ətrafımızda pozitiv düşüncəli insanların olmasi bizim üçün əsil hədiyyədir". Bu fikirləri SİA-ya psixoloq Fərəh Quliyeva insan düşüncəsinin onun psixologiyasına təsiri barədə danışarkən deyib.
Onun sözlərinə görə, elə hallar olur ki, özünüzə, yaşantınıza günlük bəzən isə aylıq cəza verirsiniz: "Düşünə bilərsiniz bəs əgər sıxıntı və problemim varsa necə çıxış yolu tapa bilərəm? Ətrafınızda problemə diqqət çəkən deyil problemdən çıxış yoluna diqqət çəkən insanlar olarsa siz sıxıntı çəkmədən asanlıqla həlli yollarını tapacaqsınız. Əlbəttə, bilməliyik ki, hər bir problemin mütləq bir deyil bir neçə çıxış yolları var. Düşüncələrimiz gözəl olarsa bizim günümüzə mütləq gözəl təsir edəcək. Biz bizi üzən sıxıntıları gülərək həll etməliyik. Əmin olun ki, güclüsünüz və sizin qədər kimsə belə gözəl mübarizə apara bilməz. O zaman mübarizəni sona qədər aparın və qalib gəlin. Əgər neqativ düşünsəniz uğura keçid aldığınızı düşünmək doğru deyil. Nə zaman ki hər şeyin yaxşı olacağına inanaraq hərəkət etsəniz bu belədə olacaq yalnız hərəkət etməyiniz mütəqdir.
Psixoloq onu da əlavə edib ki, gözəl xəyallar quraraq heç bir hərəkət etmədən ona inanmaq da doğru deyil: "Belə olarsa uğursuzluğun sizin özünüzün seçimi olduğuna əmin olun. Həyat bizim hər birimizə bu gözəl həyatda yaşamağımızla o böyük şansı verib. Biz arzularımıza və özümüzə inanmalıyıq . Ümüdsizliyə qapılmaqlari tərk edin. Sizin inanaraq ata biləcəyiniz hər bir uğurlu addım arzularınızın gerçəkləşməsi üçün yaxınlaşmanız deməkdir. Qarşı tərəfə "məni anlamırsan" demək əvəzinə "məni anladığın üçün təşəkkür edirəm" deyin. Təşəkkür duyğumuzu artırıb bunu vərdişə çevirməliyik. Xoş sözlərimizi artıraraq sevdiklərimizə "yaxşı ki varsan" deyək. Elə bir insan olaq ki, varlığımız üçün dua edilsin. Hər birinizə gözəl düşüncə, reallaşan arzular və ən əsası düşüncənizdə formalaşan və kök salan pozitiv düşüncə arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB