Gəncənin Məhrəsə Bağı yaşayış massivinin sakinləri, binaların qarşısındakı qurumuş ağacların yaratdığı təhlükədən narahatdırlar.
40-45 yaşı olan qurumuş ağaclar real təhlükə mənbəyi olduğundan əsən hər külək böyük budaqların qırılaraq yerə tökülməsi ilə nəticələnir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hələ sovet dönəmində əkilən qovaq ağaclar 15-20 metr hündürlüyə qədər qalxıb. Budaqları çürük və kövrək olduğundan küləkli havalarda ağacların aşma ehtimalı böyük olur. Məhrəsə Bağının sakinləri deyir ki, ağaclar budanmadığından binalarda yaşayan sakinlərin xəsarət almasına və sağlamlıqlarına ciddi təhlükə yaranır. Gəncədə ağacların kəsilməsi və ya budanmasını 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəyinə əsasən şəhər yaşıllaşdırma idarəsi həyata keçirir. Məsələ ilə bağlı 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsindən isə bildirdilər ki, qurumuş ağaclarla bağlı həmin ərazidə yaşayan sakinlər mütləq şəkildə şöbəyə ərizə ilə müraciət etməlidirlər. Məhz bundan sonra şöbə əməkdaşları həmin əraziyə gedərək, qurumuş ağaca baxış keçirirlər və onun kəsilməsi və ya budanması haqqında rəy verirlər. Ötən il 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə olunan müraciətlər əsasında 90 ağacın budanması həyata keçirilib. Bu ilin yanvar ayında isə 2 ağacın kəsilməsinə rəy verilib.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB