Təhsil müəssisələri dezinfeksiya edilir FOTO

Təhsil müəssisələri dezinfeksiya edilir FOTO

Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən ölkədə yanvar ayından başlayaraq bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Bu məqsədlə Göygöldə proses aparılsa da, Samux rayonunda işlərə başlanılmayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, donuz qripinə qarşı profilaktik mübarizə tədbirlərini gücləndirmək məqsədilə, Göygöl rayonunun məktəb və məktəbəqədər təhsil müəssisələri dezinfeksiya edilir. Artıq 14 məktəbdə və 8 uşaq bağçasında işlər yekunlaşıb. Rayonun kənd həkim məntəqələrinə, 50 məktəbə, 19 uşaq bağçasına və digər sosial obyektlərə AH1N1 virusu haqqında maarifləndirici plakatlar da paylanılıb. Göygöldən fərqli olaraq Samux rayonunda donuz qripi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq əmrinin icrası gecikir. Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin müdiri Arif Babayevin verdiyi məlumata görə, şöbə təsərrüfat hesablı olduğu üçün dezinfeksiya işlərinin aparılması sifariş əsasında həyata keçirilir. Bu məqsədlə Samux rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə müqavilə məktubları ünvanlansa da müraciət cavablandırılmayıb. Bunun üçün dezinfeksiya işləri aidiyatı yerlərdə aparılmır. Samux rayonunda 35 məktəb və 16 uşaq bağçası fəaliyyət göstərir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə