Muxtar Nağıyev: "Bu gün hər bir vətəndaş gələcəyə inamla baxır" MÜNASİBƏT

Muxtar Nağıyev: "Bu gün hər bir vətəndaş gələcəyə inamla baxır" MÜNASİBƏT

"Artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Təbii ki, ötən illər ərzində Azərbaycanın bundan zərər çəkməməsi üçün Prezient İlham Əliyev Cənabları önləyici tədbirlər görməklə yanaşı, sübut etdi ki, bir sıra xarici ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə yürüdülən siyasət ən inanılmış və etibarlıdır. Belə ki, Avropa ölkələrində iqtisadi böhran tüğyan edərkən, Azərbaycanda yeni iş yerləri açıldı, infrastruktur layihələri icra olundu, regionların inkişaf xətti davamlı şəkildə öncüllük təşkil etdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev ölkə rəhbərinin dövlət strukturlarına vətəndaşların işlə təmin etməsi tapşırığı ilə bağlı verdiyi tapşırığı qiymətləndirərkən deyib.

"Dövlət rəhbərimizin bu məsələni xüsusi diqqətinə alması artıq bu kimi problemlərin aradan qalxmasına kifayət qədər zəmin yaradıb"

"Artıq Prezident İlham Əliyevin regionların inkişafı proqramının gedişinə həsr edilmiş konfransda verdiyi göstərişə uyğun olaraq dövlət şirkətləri və səhmdar cəmiyyətləri minlərlə işçi götürmək üçün hərəkətə keçib. Təbii ki, bu faktor ilk olaraq, dövlət başçımızın vətəndaş, insan amilinə göstərdiyi sonsuz diqqət və qayğısının nəticəsidir. Çünki bildiyimiz kimi, bəzi özəl şirkətlər böhran amilini ortaya ataraq, insanları iş yerlərindən azad etmək məcburiyyətində qaldıqlarını deyirdilər. Məhz Prezident İlham Əliyev çıxışında ölkədə bağlanan iş yerlərinə görə işsiz qalan vətəndaşların dövlətin diqqətində olduğunu bildirmişdi və onları işlə bağlı dövlət şirkətlərinə müraciət etməyə çağırmışdı. Belə ki, hesablamalara görə ötən il ölkədə 40 minə yaxın iş yeri bağlanmışdı ki, bağlanan iş yerləri əsasən özəl sektorı təşkil edib. Ancaq dövlət rəhbərimizin bu məsələni xüsusi diqqətinə alması artıq bu kimi problemlərin aradan qalxmasına kifayət qədər zəmin yaradıb. İnanırıq ki, qısa müddət ərzində minlərlə vətəndaşlarımız işlə təmin olunub, dövlətimizin inkişafına öz töhfələrini vermiş olacaqlar".

YAP rəsmisi bildirib ki, Prezident İlham Əliyev Cənablarının rəhbərliyi ilə reallaşdırılan anti-böhran tədbirləri mövcud və gözlənilən böhranın təsirlərini azaltmaqla yanaşı eyni zamanda iqtisadiyyatda canlanmanın da formalaşmasına xidmət edir: "Bu baxımdan, anti-böhran proqramının əsas hədəflərindən biri də iş yerlərinin sayının, kredit xətlərinin mövcudluğunun saxlanılması, ozəl sektora və investisiyalara dəstəyin verilməsidir. Burada məşğulluğun təmin edilməsi və istehsalın həcminin qorunması üçün vergi güzəştlərinin tətbiq edilməsi də vacib amillərdəndir.

Digər məsələ isə çevik, mobil idarəetmə aparatının yaradılması, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, bir-birini təkrarlayan, dövlət büdcəsinə əlavə yük olan icra strukturlarının ləğv edilməsi, birləşdirilməsi, hüquqi və instutsional islahatların aparılmasıdır ki, bunlar da məhz Ölkə Prezidenti Cənab İlham Əliyevin əsas hədəfləri və fəaliyyət istiqamətləridir".

Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhdləri əbəsdir

"Bu prosseslərin operativ aparılmasına başlayan dövlət başçısı burada ictimai nəzarət mexanizmlərinin tətbiq olunmasını qeyd etməklə Azərbaycanda demokratik, yaxşı idarəetmə ənənələrinin oturmuşmasına da səslənmiş oldu"-deyə vurğulayan Muxtar Nağıyev eyni zamanda qeyd edib ki, ölkə Prezidenti tərəfindən bu istiqamətdə konkret addımlar atılır, büdcəyə yük olan bir neçə dövlət qurumu ləğv edilib, bir neçəsi birləşdirib və bu prosses davam etməkdədir. Bu qurumlara isə yeni işçi qüvvələri cəlb olunur".

M.Nağıev o cümlədən deyib ki, bu gün bəzi möhtəkirlər kimi vəziyyətdən sui-istifadə edən anti-azərbaycan qüvvələr və onların xaricdəki havadarları Azərbaycanda, onun bölgələrində sabitliyi pozmağa, ixtişaşlar yaratmağa cəhd göstərirlər: "Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhran fonunda belə Azərbaycan Prezidenti və iqtidar komandası öz anti-böhran proqramı ilə mövcud böhranın təsirlərindən dövləti, xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi həm siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhdləri əbəsdir".

Dövlət başçısı bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və Azərbaycan uğurlu inkişaf yolunu davam etdirəcəkdir

Muxtar Nağıyev son olaraq vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkənin tezliklə çətin dövrdən çıxacağına inanır: "İnanırıq ki, ictimai-siyasi və iqtisadi prosesləri, xalqın maraqlarını, rifah halının stabilləşməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı, qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və Azərbaycan uğurlu inkişaf yolunu davam etdirəcəkdir. Çünki tarixlər boyu bütün çətinliklərə sinə gərmiş Azərbaycan xalqı daim onlardan qələbə ilə ayrılıb. Bu gün hər bir vətəndaş Prezidentinin ona göstərdiyi diqqət və qayğısından ruhlanaraq, gələcəyə inamla baxır.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə