Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə VII qrant müsabiqənin qalibi olmuş "Çarpaz fikirlər" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan YAP GB Ofisinin təşkilatı işlər üzrə koordinatoru ElmarMəmmədov layihə haqqında fikirlərini bölüşüb. Sonra"Çarpaz fikirlər" adlı layihənin rəhbəri Mustafa İsmayıl layihə haqqında ətraflı məlumat verib və layihənin təlim xarakterli olduğunu, növbəti tədbirlərdə isə dil mədəniyyəti, natiqlik sənəti haqqında peşəkar təlimçi tərəfindən keçiriləcəyini vurğulayib. Layihənin əsas məqsədi gənclərin siyasi polimikalarda fikirlərinin düzgün, səlis və dəqiq şəkildə qarşısındaki şəxsə çatdırmağı aşılamaq, öyrətmək və bəzi məsələləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd edib.
Daha sonra YAP Gənclər Birliyinin fəal üzvləri layihə haqqında bəzi məsələlər barəsində müzakirə aparıblar.
Tədbirdə layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB