09 fevral 2016-cı il tarixində "Cahan İdman klubu" İctimai Birliyinin təşkilatçılığı və "Olimpiya dünyası" qəzetinin informasiya dəstəyi ilə ənənəvi olaraq tanınmış ədəbiyyətşünas, dramaturq, astroloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun doğum gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Firudin Qurbansoy 1954-cü il, fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. 1980-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
İlk qələm təcrübəsi 1968-ci ildə "Kirpi" jurnalında çıxmışdır. Təmsil və satirik hekayələri "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Cümhuriyyət", "Tək səbir" və s. qəzetlərdə, "Kirpi", "Müxbir" jurnallarında, "Yaşıl yarpaqlar" ədəbi toplusunda vaxtaşırı şap olunmuşdur. 1980-ci il "Xətai" pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1991-ci il "Canım Qırat, gözüm Dürat" mənzum pyesi Azərbaycan Dövlət Kukla Teatrında və 1999-cu ildə "Dədə Qorqud sorağında" kollaj pyesi "Haray" Teatrında tamaşaya qoyulmuşdur. M.Müşfiqə həsr olunmuş "Göylərin lacivərd ətəklərində" adlı kitabın və C.Cabbarlının həyat və yaradıcılığından bəhs edən "Etiraf" filminin senari müəllifidir.
Gecədə "Cahan İdman klubu" İctimai Birliyinin sədri Elçin Eyvazov, sədr müavini Nizami Zeynalov, Milli Musiqi Akademiyasının professor müəllim heyəti, Mədəniyyət və İncəsənət Universitetinin sabiq prorektoru professor Rafiq Sadıxov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazilriyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri, C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov, Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, rejissor Vüqar Kamranoğlu, musiqiçi qaval ustası Mahmud Salah, bir çox şairlər, musiqi, incəsənət, idman xadimləri və KİV nümayəndələri çıxış ediblər.
Onlar öz çıxışlarında F.Qurbansoyu təbrik edib onun yaradıcılığından söz açaraq yüksək qiymətləndiriblər. Gecədə tanınmış aktyorların ifasında seirlər, qarmon ustası Nizami Əsgərov və ud ustası Şamilin ifasında musiqi əsərləri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə