Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işləri qismən aparılır.
SİA-nın məlumatına görə, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq. Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB