"ASAN xidmət" 18 min məsələni həll etdi

"ASAN xidmət" 18 min məsələni həll etdi

2016-cı ilin yanvar ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə, eləcə də Gəncə şəhərindəki ASAN xidmət mərkəzinə ümumilikdə 18 346 müraciət daxil olub. SOCAR-dan SİA-ya verilən məlumata görə, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Azəriqaz" İB bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə