Beynəlxalq "Təhlükəsiz internet günü" münasibətilə treninq keçirilib

Beynəlxalq "Təhlükəsiz internet günü" münasibətilə treninq keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibətilə treninq keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbir "Yaxşı internet üçün öz töhfəni ver" şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi" mövzusuna həsr olunub.

Treninqin məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndiməni genişləndirilmək, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır.

Tədbir nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirlib. Tədbirə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdə fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris mərkəzləri onlayn video-konfrans vasitəsilə qoşulublar.

Tədbirdə RYTN-in Elektron Təhlükəsizlik Mərkəzi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə