Prezident Gəncəyə 12 milyon ayırdı SƏRƏNCAM

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə
Prezident Gəncəyə 12 milyon ayırdı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da "Gəncə şəhərinin Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə