“SAB” məhsulların halallığına tam zəmanət verir REPORTAJ - VİDEO

“SAB” məhsulların halallığına tam zəmanət verir REPORTAJ - VİDEO

Halal qida deyəndə ilk ağıla gələn ət və ət məhsullarıdır. Halal məhsul istehsalında isə birmənalı şəkildə donuz əti və yağından heç bir halda istifadə edilməməlidir. Bundan başqa ət kəsimi məsələsi olduqca vacib amildir. Heyvanların kim tərəfindən, harada və necə kəsilməsinə həssaslıqla yanaşılmalıdır. Düzdür, bəzi hallarda cəmiyyətdə insanları çaşdıran fikirlər dolaşır ki, bu isə halal qida sektoruna kölgə salır. Əslində kolbasanın istehsalındakı bəzi saxtakarlıqlar şəri qanunların işləməsinin qarşısını alır. Din adamları bu məsələni doğru hesab etmirlər və bildirirlər ki, müsəlmandan aldığın hər bir şey pak hesab edilməlidir. Lakin insanlar "Halal" adı altında haram mal satanlara baxıb, həqiqətən halal olan məmulatları da haram hesab edirlər. Məsələnin izahına gəlincə, bu gün bazarda müxtəlif çeşiddə və fərqli ölkələrin istehsalı olan kolbasa və sosiska məhsullarına rast gəlmək mümkündür. Əvvəllər alıcılar daha çox xarici ölkələrdən gətirilən məhsullara üstünlük verirdilərsə, hazırda bu sahədə geniş fəaliyyət göstərən yerli şirkətlər çoxluq təşkil edir. "Halal" nişanı ilə istehsal olunan ət və ət məhsullarının çeşidi son zamanlar artmaqdadır. İstehlakçını düşündürən suallara aydınlıq gətirmək üçün bu gün bir qrup media nümayəndəsi Azərbaycanda halal kolbasa istehsalında özünəməxsusluğu ilə seçilən "Zəhmət-Ruzi" şirkətində olub.

Cəmiyyətdə daha çox SAB brendi ilə tanınan şirkətin elə giriş qapısındaca jurnalistləri "Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Sabir Babayev qarşıladı. Şirkət haqqında qonaqlara məlumat verilərək bildirildi ki, 3 hektar ərazidə yerləşən şirkət 1998-ci ildə təsis edilib: "Bütün məhsullar islamın qoyduğu şərtlərə uyğun olaraq istehsal edilir ki, məhsulların halallığına tam zəmanət verilir".

Daha sonra məhsullar kəsimindən tutmuş buraxılışına qədər bütün prosesi izlədik. İlk öncə baytarlıq-sanitariya nəzarəti labaroriyasında ət və ət məhsulları üçün alınan heyvanların mənşəyinin necə yoxlanmasını müşahidə etdik. Ən müasir avadanlıqlarla təchiz edilmiş istehsal sexləri, anbar, daşınma sistemlərində yüksək ixtisaslı mütəxəssislər çalışır ki, onları vahid komandada əməksevərlik, yaradıcılıq, keyfiyyət amili birləşdirir. İki sahədə-ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışan personal işlərindən məmnun olduqlarını dilə gətirdilər. Ət və ət məhsullarının istehsalı haqqında məlumat verən şirkət sözçüsü qeyd etdi ki, məhsulların hamısı heç bir donuz piyi vurulmadan halallıqla istehsal olunur: "Donuz piyinin vurulmamasından əlavə, heyvanın halal kəsimi də vacib şərtdir.

Biri var kimsə heyvanı qıraqda kəsib gətirsin və sən onun necə heyvan olduğunu, hansı şəraitdə kəsildiyini bilmirsən. Biz Hindistandan və ya başqa ölkələrdən gətirilən donmuş ətlərlə deyil, öz gözümüz qarşısında kəsilmiş mal ətindən istifadə edirik. Həmin heyvanın sağlam olmasına da tam zəmanət verilir. Kolbasanın tərkibinə ətlə bərabər toyuq piyi, nişasta, kompleks qarışıq ətriyyatlar və müxtəlif ədviyyatlar vurulur. Həmin qida və əlavələr Azərbaycana Avropa ölkələrindən gətirilir ki, onların da müvafiq sənədləri var. Əlavə olaraq o da qeyd olundu ki, məhsulun saxlanma müddəti vacib amillərdəndir.

Belə ki, hər bir məhsulun üzərində onun saxlanma müddəti və saxlanma temperaturu qeyd olunur. İstər bişmiş kolbasa, istər sosiskalar, istərsə də hisə verilmiş kolbasalar olsun onlar normal temperaturda saxlanılarsa istifadə üçün də bir o qədər yararlı olacaqdır. Hazırda "SAB" MDB ölkələrində 60 çeşiddə ət, 50 çeşiddə isə süd məhsulları ilə uğurla Azərbaycanı təmsil edir. Bu da istehlakçıya şirkətin məhsullarından əminliklə istifadə imkanı yaradır.

Biz gəzdik gördük son qərarı isə yenə də siz verəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə