Qaradağın qazı kəsiləcək

Fevralın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Səngəçal" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə