Ötən gündən etibarən ölkə ərazisində havanın qeyri-sabit və yağmurlu keçməsi dağlıq ərazilərdə bəzi çətinliklər yaradıb. Bunun üçün Gədəbəyin və Daşkəsənin Yol İstismar İdarələri gücləndirilən iş rejimində çalışır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda qurumun texnika və canlı qüvvəsi 35 kilometr respublika, eləcə də 248 kilometr yerli əhəmiyyətli yolların qar və buzdan təmizlənməsini həyata keçirir. Yollarda nəqliyyat vasitələrini intensiv hərəkətin təmin etmək üçün idarənin bütün texnikaları saz vəziyyət gətirilib. Bu günə kimi yollara 75 ton duz və 2 min kub qum səpilib. Hazırda ehtiyat tədbirləri olaraq yol kənarlarına qum qarışığı duz səpilməsi üçün yığılır. Şəmkir Gədəbəy Novasaratovka yolunda da nəqliyyat vasitələrin hərəkəti normaldır. Adıçəkilən yol 33 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən qar və buzdan təmizlənib.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB