Gəncənin maşın bazarında durğunluq yaşanır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, maşın bazarında və avtomobil salonlarında çalışanlar günün bütün günü müştəri gözləməklə keçirirlər. Satıcılar bildirir ki, ötən il ay ərzində 10-12 ikinci əl avtomobil satılırdısa, indi 3-4 avtomobil satmaq mümkün deyil. Maşınlarla maraqlananlar da kəskin azalıb. Olanlar isə avtomobilə görə çox ucuz qiymət təklif edirlər. Məsələn yayda 20 min manata satılan alman istehsalı olan avtomobilləri indi 10-11 min manata satmaq mümkün deyil. Yeni maşınların qiymətində isə artım müşahidə olunub. Lakin bəzi avtomobillərin qiymətlərində az qala ikiqat bahalaşma var.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB