Şəhərin bütün hissələrində internetə çıxışı təmin etməyi hədəfləyən üç mərhələli layihənin birinci mərhələsi artıq yekunlaşıb. Bu il Avropa Gənclər Paytaxtı tituluna sahib Gəncə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən "Simsiz internet şəbəkəsi" layihəsinin reallaşdırılmasında da əsas məqsəd gənclərin və şəhərə gələn qonaqların internetə əlçatanlığını təmin etməkdir. Hazırda şəhərin Heydər Əliyev meydanından ADAU-nun baş binasınadək olan ərazi 500 metr radiusda simsiz internet şəbəkəsi ilə təmin edilib. "Gandja Wi-Fi" şəbəkəsindən eyni zamanda Heydər Əliyev park-kompleksinin ərazisində də yararlanmaq mümkündür. Şəbəkədən süni istifadə hallarının qarşısını almaq üçün müəyyən vaxt və yükləmə məhdudiyyəti qoyulub. İnternet xidmətindən istifadə etmək istəyənlər rəsmi şəkildə qeydiyyatdan keçməlidirlər.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB