Nazirlər Kabinetinin qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna 2 atçılıq təsərrüfatı birləşdirilib. Artıq bu təsərrüfatlar institut tərəfindən təhvil alınıb və elmi işçilər oraya ezam olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl rayonunda yerləşən institut 1929-cu ildən fəaliyyət göstərir və burada heyvandarlıq, quşçuluğun inkişaf etdirilməsi, eləcə də yeni cinslərin alınması istiqamətində tədqiqatlar aparılır. Ötən il isə Nazirlər Kabinetinin qərarı ilə "Ağdam Atçılıq Təsərrüfatı" MMC və Ağstafada fəaliyyət göstərən "Dilboz" atçılıq təsərrüfatı da instituta birləşdirilib. Artıq ezam olunan elmi işçilər həmin təsərrüfatlarda olan atlarla yanaşı, iri və xırdabuynuzlu heyvanların da tam siyahısını hazırlayaraq təhvil alıblar. Bu təsərrüfatların İnstituta birləşdirilməsi isə elmi nöqteyi-nəzərdən çox faydalı olacaq. Gələcəkdə institut tərəfindən heyvandarlıq və quşçuluq sahəsində elmi-tədqiqat işlərinin aparılması üçün yeni təcrübə laboratoriyaları üçün binaların tikintisinə də başlanılıb.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB