Bakı Beynəlxalq Muktikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin ikinci günündə iştirakçılar Azərbaycan Respublikasının millətləarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, qış məktəbinin iştirakçılarını qəbul edən Dövlət müşaviri onları səmimi qəlbdən salamlayaraq bildirib ki, cənab Prezident İlham Əliyev multikulturalizm yay məktəbi ilə tanış olduqdan sonra bunun qış məktəbinin mütləq təşkil edilməli olduğunu dedi: "16 ölkəni təmsil edən tələbə gənclər Azərbaycanla bağlı nəzəri biliyə malik idisə indi onlar bunu əyani şəkildə gördülər. Mən ümid edirəm ki, bu məktəb zamanı yaranan dostluqlar həmişəlik olacaq. Azərbaycan Prezidenti 2016-cı ili "Multikulturalizm ili" elan edib. Bununla ölkə başçımız dünyaya vacib mesajlar verdi. Yəni, multikukturalizmin dünyada alternativi yoxdur. Öz tolerantlığı ilə Azərbaycan dünyaya nümunədir".
Görüş diskussiyalarla davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB