Azərbaycan milli mətbəxi Qazaxıstanda

Azərbaycan milli mətbəxi Qazaxıstanda

Qazaxıstan Respublikasının Aktau şəhərinin "Xan şaxar" istirahət və əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilibr. SİA-nın məlumatına görə, Aktau şəhərində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunmuş tədbirdə iyirmiyə yaxın milli mətbəx nümayiş etdirilib.

Azərbaycan milli mətbəxinin nümayişi üçün Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Aktau şəhərində fəaliyyət göstərən azərbaycanlılar "Viva" şirniyyat evi, "Manqal" "Ayjan", "Şəms" restoranlarının dəstəyi ilə "yaxından iştirak ediblər.

Milli mətbəximiz nümayişi üçün ayrılmış süfrədə iki cür plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi və lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.

Azərbaycan milli mətbəxinin təqdimatı zamanı ölkəmiz haqqında video çarx nümayiş etdirilib, həmçinin milli geyimlərdə qızlar Azərbaycanın milli rəqslərini ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə