Komitə sədri qış məktəbi iştirakçıları ilə görüşüb

Komitə sədri qış məktəbi iştirakçıları ilə görüşüb

Bakı Beynəlxalq Muktikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin ikinci günündə iştirakçılar Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüblər. SİA-nın verdiyi xəbərə görə, qış məktəbinin iştirakçılarını qəbul edən komitə sədri onları görməkdən böyük məmnunluq duyduğunu bildirib: "Mən inanıram ki, siz bu layihə çərçivəsində Azərbaycan barədə daha geniş məlumatlar qazanacaqsınız. Istərdim ki, siz yay məktəblərində də iştirak edərək ölkəmizin gözəlliyinin şahidi olasınız. "Bu gün dünyamızda multikulturalizmin alternativi yoxdur. Planetimizdə 7 milyard 200 milyon insan yaşayır və biz birlikdə yaşadığımız planeti qorumalıyıq. Dünyada bir çox münaqişə ocaqları var və bunun nəticəsində böyük insan tələfatları yaşanır. Ölən hər bir insan dünya insanıdır və buna imkan verə bilmərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar qətlə yetirilib, 1milyondan artıq qaçqınımız var. Buna qarşı birlikdə mübarizə aparmalıyıq. Bizi birləşdirən qüvvə isə multikulturalizmdir. Azərbaycanda multikulturalizm həyat tərzi, eyni zamanda dövlət siyasətidir. Ölkəmiz tolerantlığı ilə dünyaya nümunədir və bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh, mehribançılıq şəraitində yaşayır. Azərbaycan dövləti dünyəvi dövlətdir. Dövzlətimiz dini icmalara maddi yardım ayırarkən hər hansı ayrı-seçkiliyə yol vermir. Biz hər il yarım milyon dollar qeyri-islam icmalarına yardım ayırırıq. Bununla bərabər məscidlərin, kilsələrin, sinaqoqların kommunal təchizatı baxımından da güzəştlər olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə