Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə "Skype" vasitəsilə danışa biləcək. SİA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bu sözləri deyib: "Dilqəm Əsgərov və Şahbaz Quliyev, həmçinin öldürülən Həsən Həsənov ermənilərə elə bir zərbə vurub ki, yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər".
Komitə sədri qeyd edib ki, bu girovların heç olmasa ailləri ilə canlı danışmaları təşkil ediləcək.
Əli Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə edib.
Əli Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrinin evlə təmin edildiyini də bildirib. Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB