Əmanətçilərə 17 milyondan çox kompensasiya ödənilib

Əmanətçilərə 17 milyondan çox kompensasiya ödənilib

"Bank of Azerbaijan" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 17,3 milyon manatdan artıq kompensasiya ödənilib. SİA xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat verib.

Eyni zamanda sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə də 268 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə