ƏMDK "Elektron hökumət" portalı vasitəsilə 31 xidmət göstərir

ƏMDK "Elektron hökumət" portalı vasitəsilə 31 xidmət göstərir

Əmlak Məsələləri Dövlət Komitəsi müraciətlərə baxılmasında "Elektron hökumət" portalından maksimum faydalanmağa çalışır. Ötən il portalda yaradılmış "Əks-əlaqə" sistemi vasitəsilə komitənin fəaliyyət istiqamətləri üzrə təşkil edilmiş elektron xidmətlər üzrə 50-yə yaxın müraciətə baxılıb. SİA-nın məlumatına görə, komitə portal üzərindən fəaliyyət sahələri üzrə 27-si interaktiv və 4-ü informativ olmaqla, 31 elektron xidmət göstərir.

Xatırladaq ki, "Elektron hökumət" portalının "Əks-əlaqə" sistemi elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşların xidmət təminatçısı ilə əlaqə qurmasına, təklif, şikayət və digər xarakterli müraciətləri göndərməsinə imkan verir. Dövlət qurumları e-xidmətlərlə bağlı müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandırmaqla yanaşı, xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə