Bu ilin əvvəlindən Azərbaycan ərazisində 500-dən çox təkan baş verib. Bunlar hiss olunmayıb və fəsad törətməyib. Amma təkanlar yer qatında gedən proseslərdən, seysmoloji aktivlikdən xəbər verir. Bəs görəsən hər hansı güclü zəlzələ təhlükəsi varmı?
Təkcə yanvar ayı ərzində 780 yeraltı təkan. Təhlükə doğurmasa da bu qədər seysmaloji aktivlik yer qatında enerji boşalmalarının göstəricisidir. Tədqiqatlar da göstərir ki, yer qatında bu cür proseslər gedir və gərginlik toplanır. Seysmoloqlar qeyd edir ki, bu cür zəif təkanların olması həmin gərginliyi azaltsa da güclü zəlzələ riski aşağı düşür.
Seysmoloji cəhətdən ən çox aktivlik Xəzər dənizində müşahidə olunub. Təkanların əksəriyyəti dənizin orta və şimal baş verib. Azərbaycanın Cənub bölgəsi və Şamaxı-İsmayıllı ərazisində də təkanlar qeydə alınıb. Daha bir aktiv bölgə Şəkidir.
Ötən il ölkədə ən güclü zəlzələ Şəkidə olmuşdu. 5,9 bal gücündə baş vermiş zəlzələ müəyyən fəsadlara da yol açmışdı. Bu il də Şəki seysmik cəhətdən aktiv bölgələrdən hesab olunur. Seysmoloji xidmət mərkəzi zəlzələlərin tədqiqatı üçün "Azərkosmos"la əməkdaşlıq təklifləri hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB