Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində Milli Qəhrəmanın ad gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, Ombudsman Aparatının əməkdaşları, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdindəki Liderlik Məktəbinin yeniyetmələri, liseyin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açılıb. Qeyd edilib ki, o, əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri şəhidin adını daşıyan lisey-məktəb kompleksinin şagirdləri ilə birlikdə qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Tədbir çərçivəsində lisey-məktəbə şagirdlərin qəbulu mərasimi keçirilib, dövlət bayrağımız qaldırılıb, qəbul olunan uşaqlar and içiblər.
Ombudsmanın nümayəndələri daha sonra Şəbəkənin üzvləri ilə birlikdə Mübariz İbrahimovun doğulduğu Əliabad kəndində onun ailəsini ziyarət edib, valideynləri, yaxınları ilə görüşüb, ev-muzeyində olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB