Çexiyalı nazir ölkəmizlə əlaqələrdən danışdı

Yan Mladek: "Azərbaycan ilə strateji tərəfdaşlığımız inkişaf edir"
Çexiyalı nazir ölkəmizlə əlaqələrdən danışdı

Azərbaycan ilə strateji tərəfdaşlığımız inkişaf edir. Bu sözləri Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek "Radio Praqa"nın müxbiri ilə söhbətində deyib.

Çexiya iqtisadiyyatının yekunlarından və ixrac imkanlarından söz açan nazir vurğulayıb: "Biz Çex Respublikasının istehlak etdiyi neftin üçdə bir hissəsini oradan (Azərbaycandan) alırıq. Çexiya ixracatçıları bu bazara çox şey ixrac etməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə