Polşalı millət vəkilləri anım tədbirinə qatılacaq

Polşalı millət vəkilləri anım tədbirinə qatılacaq

"Polşanın millət vəkilləri Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar". Bu məlumatı SİA-ya Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr departamentinin eksperti Toğrul Məmmədli verib.

Ekspertin sözlərinə görə Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan Assosiasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçiriləcək anım tədbirinə, Polşanın hakim Qanun və Ədalət partiyasının millət vəkillərindən ibarət nümayəndə heyəti video-konfrans vasitəsilə qatılacaqlar. Bu kimi beynəlxalq tədbirlər 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya Ədalət" (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində keçirilir.

Toğrul Məmmədli bildirib ki, biz Xocalı faciəsi haqqında məlumatlandırıcı tədbirlərin sayını artırmaqla ermənilər tərəfindən törədilmiş bu cinayəti beynəlxalq aləmdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi tanıda bilərik: "Bu günə qədər Meksika, Peru, Pakistan, Bosniya və Herseqovina, Çexiya, ABŞ-ın bir neçə ştatı və müxtəlif beynəlxalq təşkilatlar Xocalı faciəsini rəsmi olaraq tanıyıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə