“Təhsildə - Beynəlxalq Əlaqələr” adlı layihənin ilk təlimi həyata keçirilib FOTO
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi VII qrant müsabiqənin qalibi olmuş "Təhsildə - Beynəlxalq Əlaqələr" adlı layihəsinin ilk təlimi həyata keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elmar Məmmədov "Təhsildə - Beynəlxalq Əlaqələr" layihəsinin təhsildə son yeniliklərə və elmi nailiyyətlərin gənclər arasından təbliğindən, günümüzün aktual sahəsi olduğunu vurğulayıb, bu baxımdan layihənin önəmini qeyd edib.
Sonra Balıkesir Üniversitetinin mütəxəssisi Anar Talıbov xaricdə təhsilin seçim qaydaları, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdləri hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil haqqında ətraflı məlumat verib.
Layihə birbaşa olaraq bu proqramın əsas müddəalarından biri olan Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasına yönəldilib.
Tədbirdə layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB