“Gənclərin Debat klubunun yaradılması”

“Gənclərin Debat klubunun yaradılması”

Bu gün Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Gənclər Birliyində prezident yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi olmuş "Gənclərin Debat klubunun yaradılması" adlı layihəsinin II təlimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə açılışı edən Qaradağ rayon Gənclər Birliyinin sədri Ramiz Yusubov ölkə başçısının daima Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan söz açıb: "Ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Cənab Prezident İlham Əliyev hər zaman gəncliyimizin qayğısına qalmış və ölkə siyasətinin idarə edilməsində gənclərin rolunun artırılmasını təmin edib."

Daha sonra layihə rəhbəri Alim Babayev layihə haqqında gənclərə ümumi məlumat vermiş və gəncləri hər zaman aktiv olmağa səsləyərək sözü layihənin moderatoru Səxavətli Səxavətə verib. Səxavətli Səxavət Debatın yaradılması və onun inkişafı tarixindən bəhs etmiş və debatın gənc siyasətçilərin həyatında mühüm rol oynadığını bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkililib.

Bütün xəbərlər Facebook səhifəmizdə