Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək. SİA-nın məlumatına görə, bu barədə "Baku Bus"ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, bu səbəblə 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub. Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro stansiyasının önünə qədər hərəkət edəcək.
Nuridə Allahyarova xatırladıb ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB