Azərbaycanın Gənclər Paytaxtında regional forum keçirilir FOTO

Azərbaycanın Gənclər Paytaxtında regional forum keçirilir FOTO

Bu il Azərbaycanın "Gənclər paytaxtı" seçilən Şəmkir rayonunda gənclərin regional forumu keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi və Gənclər Forumunun 20-ci ildönümü ilə əlaqədar təşkil olunan "Gənclik və Dövlət Müstəqilliyi gələcəyə baxış" adlı foruma Gəncə-Qazax iqtisadi rayonundan 200-ə yaxın gənc qatılıb. Forumun ilk günündə sosial-iqtisadi sahədə yeniliklərlə bağlı müzakirələr aparılıb. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclik ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Regionlarda, xüsusi ilə də sərhədyanı və dağlıq rayonlarda sahibkarlığın inkişafı, gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verilib. Gənclər arasında cəmiyyət üçün zərərli olan ünsürlərin aradan qaldırılması ilə bağlı maarifləndirmə aparılıb. Erkən nikah, təhsildən yayınma, pis vərdişlərə yiyələnmək kimi neqativ halların yox səviyyəsinə endirilməsində gənclərin də üzərinə məsuliyyət düşür. Forum işini sabah da davam etdirəcək. Gənclərin iştirakı ilə siyasi və iqtisadi mövzuların müzakirəsi aparılacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə